Azərbaycanda karqo şirkəti fəaliyyətini dayandırır

ukzgnuTjugoGuGwr1VXzGDx2Hb1WxG4N82Npif1p_1200

“Kargom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunur.

Olkemedia “Trend”ə istinadən xəbər verir ki, bu barədə MMC özü elan edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini (AZ11117) Bakı şəhəri, Binəqədi rayonu, X.Məlikaslanov küçəsi ev 1, mənzil 1 ünvanına bildirə bilərlər.

Sözügedən şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Cavidan Faiq oğlu Hüseynovdur