Rusiyada yüksəklikdən avtomobilin üstünə düşən kişi sağ qaldı
Rusiyanın Krasnoyarsk şəhər sakini binadan park edilən avtomobilin üzərinə düşərək sağ qalıb.
Olkemedia xəbər verir ki, görüntülər “Mash” “Teleqram” kanalında yayımlanıb.
Kadrlarda kişinin hündürlükdən avtomobilin üzərinə yıxıldığı aydın sezilir. Hadisəni görən qonşular dərhal əraziyə gələrək, ona yardım etməyə çalışırlar. Həmin şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.