Bir qrup Çin vətəndaşı İrandan təxliyə olunub – FOTO
Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.
Olkemedia AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün bir qrup Çin vətəndaşı olunaraq Azərbaycan ərazisinə daxil olub.
Qeyd edək ki, bu gün saat 09:00-dan 12:00-dək ümumilikdə 12 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub. Onların səkkizi Çin, biri Kanada, səkkizi isə Azərbaycan vətəndaşıdır.
Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.