Qurban Qurbanov Elvin Cəfərquliyev barədə danışdı: “Qayda-qanun var, hamımız əməl etməliyik”

Dt6mbtvuf3qr7sq7wdJxvCsLGxdyLsMAykrrHLOH_1200

“Elvin Cəfərquliyev başqa klublara transfer olsaydı, yox deməyəcəkdik”.

Olkemedia.az  xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Vestri” oyunundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, bu barədə geniş məlumat verməyə ehtiyac yoxdur:

“Komandaya qayıtdı, bəzi görüşlər oldu. İstəmərik ki, hansısa futbolçumuz – azərbaycanlı və ya xarici – futboldan kənar qalsın. Amma qayda-qanun var, hamımız buna əməl etməliyik. Lazım olanda sərt reaksiyalar da verməliyik”.

Qeyd edək ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Vestri” (İslandiya) oyunu təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, cavab qarşılaşması İslandiyanın paytaxtı Reykyavikdə yerləşən “Valbyarnarvöllur” stadionunda olacaq. Görüş Bakı vaxtı ilə iyulun 17-də, saat 00:00-da start götürəcək.