Kilian Mbappe 44 illik rekordu qırdı

IJdUURcax2kz9PXVTwoptEZ77uufe86lBL7QrNEJ_1200

“Real Madrid”in və Fransa milli komandasının hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/4 finalında Mərakeşlə oyunda start heyətində yer alaraq dünya çempionatlarında 20-ci matçına çıxıb.

Olkemedia.az  “Opta”ya istinadən xəbər verir ki, Mbappe dünya çempionatı tarixində 20 matç həddinə çatan ən gənc futbolçu olub (27 yaş 201 gün).

Fransalı hücumçu polşalı müdafiəçi Vladislav Jmudanın 1982-ci ildən bəri qorunub saxlanılan rekordunu (28 yaş 34 gün) təxminən bir il geridə qoyaraq təzələyib.