Macarıstanın baş naziri Ərdoğanın hədiyyə etdiyi tapançanı göstərdi

s13DJUsMApmiXKpCQ3hg9SPa7PgbggmCC6Bda4mt_1200

Ankarada keçirilən NATO sammiti yekunlaşdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edən avropalı liderlərə üzərində adlarının həkk olunduğu tapançalar və döyüş patronları hədiyyə edib.

Olkemedia.az  bildirir ki, bu barədə mənbələrə istinadən ilk olaraq “Politico” nəşri məlumat verib.

*Ərdoğandan NATO liderlərinə maraqlı jest: Hədiyyələri zərərsizləşdirib Türkiyədən çıxaracaqlar – FOTO

Daha sonra siyasətçilərin nümayəndələri hədiyyələrin alındığını təsdiqləyiblər, Macarıstanın Baş naziri Peter Madyar isə “X” sosial şəbəkə hesabında tapançanın fotosunu paylaşıb.

“NATO sammitində Prezident Ərdoğandan qeyri-adi hədiyyə: patronlarla birlikdə üzərində adımın yazıldığı “Magnum” revolveri…” – deyə o qeyd edib.

Macarıstanın baş naziri Ərdoğanın hədiyyə etdiyi tapançanı göstərdi - FOTO