Goranboyda şəhid qızı müəmmalı şəkildə dünyasını dəyişib

IMG-20260701-WA0063(1)

Bədbəxt hadisə Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən “Səfikürd gölü” ndə qeydə alınıb.
Ölkəmedia.az xəbər verir ki, Sevda Nəbiyeva 1-ci Qarabağ müharibəsinin Goranboyun ilk şəhidi Camal Abbasəli oğlu Nəbiyevin övladıdır. Sevda Nəbiyeva ailəlidiriki övladı var.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
53 yaşlı Sevda Nəbiyevanın meyiti göldən çıxarılıb. Mərhum Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində həkim olaraq çalışıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Elçin Tağıyev.