Məhərrəm Quliyev Goranboy ziyalısı Yaşa Əhmədovu ziyarət edib

IMG-20260630-WA0018

Goranboyda ağsaqqallara ehtiram ənənəsi davam etdirilir.


Ölkəmedia xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, rayon ağsaqqallar şurasının sədri, şuranın üzvləri və ictimai fəallar, ağsaqqallar şurasının üzvü Əhmədov Yaşa Abuzər oğlunu 80 illik yubileyi ilə bağlı evində ziyarət etdilər. Çay süfrəsi arxasında keçən səmimi görüşdə onu xoş arzuları ilə təbrik edərək, sağlamlıq və firavanlıq arzuladılar.

Rayon rəhbəri Goranboy rayonunda təhsil sahəsində uzun müddət səmərəli fəaliyyətinə, rayonun ictimai həyatında fəal iştirakına görə və 80 illik yubileyi münasibəti ilə Yaşa Əhmədova icra başçısının fəxri fərmanını təqdim etdi.
Bu cür səmimi görüşlər rayon rəhbərliyinin ağsaqqallara hörmətə və ənənələrimizin qorunmasına göstərdiyi diqqət və qayğının təzahürüdür.

Elçin Tağıyev
Xüsusi Müxbir.