Balakənin Katex kəndində bir nəfər seldən xilas edilib

Ig6q4D8I5cOop1VlHPRWS07t0Q62Jrq9lz6cY9H8_1200

Balakən rayonunun Katex kəndində bir nəfər seldən xilas edilib.

Bu məlumat Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Balakən rayonu, Katex kəndində bir nəfərin sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 1985-ci il təvəllüdlü Ramiz Şaban oğlu Asxabov xilas edilib”, – deyə məlumatda bildirilib.