Özbəkistanda 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır?

L4ZyZ5z2zE8NTKenMO4fkoDAd7RVJ5CIKj8e0REC_1200

Özbəkistanda 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlana bilər.

Olkemedia.az -ın Gazeta.uz-a istinadən xəbərinə görə, bu barədə Özbəkistanın məktəbəqədər və məktəbdə təhsil naziri Ezozxon Karimova məlumat verib.

Onun sözlərinə görə, bu məsələ artıq deputatlar və senatorlarla müzakirə olunub. Qanun layihəsinin hazırlanması və ictimai müzakirəyə çıxarılması planlaşdırılır.

Ezozxon Karimova qeyd edib ki, uşaqları telefonlara girişdən tamamilə məhrum etmək mümkün deyil, lakin telefonlardan istifadə mədəniyyətinin və normalarının formalaşdırılması vacibdir.