Qran-pridə Azərbaycan ilk qızılını qazandı

dZ1x0Q5DGoG6rqr6tVYnMlAGFSMtFPKIn6WUSD7z_1200

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan millisi növbəti medalları qazanıb. Olimpiya çempionu Hidayət Heydərov turniri bürünc medalla başa vurub.

Qran-pridə Azərbaycan ilk qızılını qazandı - FOTO

Qeyd edək ki, Hidayət karyerasında ilk dəfə 81 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Eqor Suxoparov üzərində qələbə qazanıb.

Zelim Tçkayev isə finalda avstriyalı Bernd Faşinqi məğlub edərək qızıl medala yiyələnib. Beləliklə, Tçkayev dominant çıxışını Sindao Qran-Prisində çempionluqla taclandırmağa nail olub.

Qran-pridə Azərbaycan ilk qızılını qazandı - FOTO

Bu, cüdoçumuzun Qran-pri turnirlərində qazandığı ilk qızıl medal oldu.