Bakıda şagirdlər arasında DAVA: Məsələ rəhbərlik tərəfindən ARAŞDIRILIB
Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli məktəbdə təhsil alan şagirdlərdən birinin digər məktəb yoldaşına qarşı zorakılıq etməsi və bunu çəkərək sosial şəbəkədə paylaşması geniş müzakirələrə səbəb olub.
Baku TV-nin çəkiliş qrupu məsələni aydınlaşdırmaq üçün sözügedən məktəbdə olub.
“Telefonu dostuna verib ki, çək, mən bunu döyürəm. Sonra da videonu paylaşıblar. Belə hadisələr tez-tez yaşanır”, – şagirdlərdən biri hadisə barədə danışarkən deyib.
Məktəb direktorunun müavini Azər Yusifov isə bildirib ki, hadisə tənəffüs vaxtı 9-cu sinif şagirdləri arasında baş verib:
“Videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb”.