Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapıldı

xwjKurYvOB4qK2sBmjZ87HNNj5YBkvoqLxDWT8bq_1200

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.

Olkemedia.az  “Report”a istinadən xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti “Qanlı dərə” ərazisində aşkar olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.