Bakıda dəhşətli qəzada xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

2MSORZQtHKfnbdELHFo1kPRaJ9Q5j42KtRXpWUoa_1200

Bakı şəhəri, Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, mayın 14-ü saat 14:15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Nərimanov rayonu, Həsən Əliyev küçəsindən çağırış qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1984-cü il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Sağ bazu sümüyünün sınığı diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir”.