İranda Nərgiz Məhəmmədi azadlığa buraxıldı

rCEVepaG7AE9NoeXeRQtrU6LhaH8VYFOD9hCZE0P_1200

Güney azərbaycanlı siyasi fəal, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi sağlamlıq durumu ilə bağlı artan narahatlıqlar fonunda girov müqabilində həbsxanadan zaminə buraxılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Nərgiz Məhəmmədinin fondundan bildirilib ki, o, Zəncandakı xəstəxanada 10 gün qaldıqdan sonra şərti cəza və böyük girov müqabilində azad edilib və təcili yardımla Tehrandakı xəstəxanaya aparılıb.

Tərəfdarları daha əvvəl N.Məhəmmədinin həbsdə olarkən iki dəfə infarkt keçirdiyini bildirmişdilər.

“Nərgiz Məhəmmədinin həyatı təhlükədədir”, – deyə onun həyat yoldaşı Tağı Rəhmani açıqlama vermişdi.