Azərbaycanda 2 yaşlı uşaq binadan yıxılıb öldü
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb.
Olkemedia.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün şəhərin Nizami küçəsində qeydə alınıb.
Belə ki, 2024-cü il təvəllüdlü M.A. yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən körpə orada ölüb.
Faktla bağlı araşdırma aparılır.