Yaxın Şərqdə gərginliyin şiddətlənməsi ehtimalı: Neft qiymətləri dörd faizə yaxın artdı

iQ3bfT8ofmvBVbngbFj7fhaVoDjs9b5q27qm2i0p_1200

Yaxın Şərqdə gərginliyin yenidən artması ehtimalları fonunda neft qiymətləri yüksəlməkdə davam edir.

Olkemedia.az  bu barədə “İnterfaks” agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, Bakı vaxtı ilə saat 19:09-a olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyul füçersləri əvvəlki ticarət günü ilə müqayisədə 3.8 dollar (3.65%) baha satılaraq bir barel üçün 108.01 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyun füçersləri isə 3.76 dollar (3.83%) artaraq bir barel üçün 101.83 dollara çatıb.