Latviyadakı səfirlik bayram günlərində işləməyəcək
Novruz və Ramazan bayramları ilə əlaqədar Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfirliyi 20-30 mart 2026-cı il tarixlərində fəaliyyət göstərməyəcək.
Olkemedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin “X”dəki hesabında məlumat yayılıb.
Bildirilib ki, bu müddət ərzində təcili və təxirəsalınmaz konsulluq məsələləri ilə bağlı +37167142892 qaynar xətti ilə əlaqə saxlanılması xahiş olunur.