KİV: Hakan Fidan İrana xəbərdarlıq etdi

ft5Vo2skrcACxfWfTAd6Y2vrppzBgP08MeCS2tSz_1200

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığında ölkəsinin hava məkanının İran tərəfindən pozmasının qəbuledilməz olduğunu bildirib. O, Ankaranın bu məsələ ilə bağlı zəruri cavab tədbirləri görməyə davam edəcəyini deyib.

Olkemedia xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.

“O, həmçinin bildirib ki, münaqişənin bütün tərəfləri regional təhlükəsizliyə xələl gətirə biləcək və mülki şəxslər üçün təhlükə yaradan hərəkətlərdən çəkinməlidirlər”, – deyə agentliyi məlumatlandıran mənbə qeyd edib.