Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

İyunun 28-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
Olkemedia.az “Report”a istinadən xəbər verir ki, bu ölkəyə 11 vaqon buğda tədarük olunacaq.
Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək.