Ərdoğandan NATO liderlərinə maraqlı jest: Hədiyyələri zərərsizləşdirib Türkiyədən çıxaracaqlar

QlukAz2DYA5pKL6q209eE2wdqVrfkPMojwpwOXpQ_1200

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada təşkil edilmiş NATO sammitinə qatılan dövlət və hökumət başçılarına üzərində onların adları yazılmış xüsusi oyma revolverlər və sursatlar hədiyyə edib.

Bu barədə Olkemedia.az  “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hər bir silahın üzərinə oyma ilə liderin adı həkk olunub. Silahların ölkədən kənara çıxarılması üçün lazımi ixrac sənədləri də hazırlanıb.

Ərdoğandan NATO liderlərinə maraqlı jest: Hədiyyələri zərərsizləşdirib Türkiyədən çıxaracaqlar - FOTO

Böyük Britaniya Baş naziri Kir Starmer ona hədiyyə edilən revolveri hələ ki ölkəsinə aparmayıb. Böyük Britaniya rəsmiləri ölkəyə odlu silah idxalının qanunsuz olduğunu əsas gətirərək, revolverin Türkiyədə qaldığını bildiriblər. Silahın zərərsizləşdirildikdən sonra Böyük Britaniyaya göndərilməsi gözlənilir.

Kanada Baş naziri Mark Karniyə də öz adının yazıldığı tapança və sursat təqdim edilib. Kanada Xarici İşlər Nazirliyi silahın Kanada Kral Süvari Polisinə təhvil veriləcəyini və atəş edə bilməyəcək şəkildə zərərsizləşdiriləcəyini açıqlayıb. Kanada rəsmiləri daha sonra hədiyyənin müvafiq dövlət qurumunda və ya muzeydə nümayiş etdirilməsi ehtimalının da nəzərdən keçiriləcəyini bildiriblər.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta da Ərdoğanın hədiyyə etdiyi silahları alanlar arasındadırlar. Avropa İttifaqı Şurasının rəsmiləri Koştanın təhlükəsizlik qrupunun silahı yoxlamaq məqsədilə təslim aldığını və Belçikaya aparıldıqdan sonra təhlükəsizlik prosedurlarına uyğun şəkildə saxlanılacağını qeyd ediblər.

Avropa KİV-də yer alan xəbərlərə görə, mərasim məqsədilə istehsal olunan üst seqmentli revolverlər yüksək dəyərə malik olduqları üçün liderlərin şəxsi mülkiyyətinə keçmək əvəzinə dövlət inventarına daxil edilməsi və ya muzeylərdə nümayiş etdirilməsi gözlənilir.

Rəcəb Tayyib Ərdoğan, həmçinin liderlərə öz imzalı məktubu ilə yanaşı, ingilis dilində hazırlanmış tərcümeyi-hal kitabını da hədiyyə edib.

Beynəlxalq oxucu kütləsi nəzərə alınmaqla hazırlanan kitabda Türkiyənin son siyasi tarixi, vacib qərar qəbuletmə prosesləri, islahatlar və uzunmüddətli hədəfləri Ərdoğanın siyasi həyatı prizmasından təqdim edilir.

Ərdoğandan NATO liderlərinə maraqlı jest: Hədiyyələri zərərsizləşdirib Türkiyədən çıxaracaqlar - FOTO