Tramp İrana zərbələrlə bağlı postunda köhnə şəkli paylaşıb

El61fQb0ZoM6hKyg1FqQwd6ZIXyYRL7Q58noF5YC_1200

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yenidən başlanan hücumlar barədə paylaşım edərkən bir il əvvəlki zərbələrin fəsadlarını göstərən fotoşəkil yayımlayıb.

Olkemedia.az  xəbər verir ki, bu barədə Ağ Ev lideri “Truth Social” şəbəkəsində paylaşım edib.

“Bu, İranın dünən gəmiləri vurmasına görə qisasdır. Əgər onlar bunu yenidən etsələr, aqibətləri daha ağır olacaq”, – ABŞ dövlət başçısı qeyd edib.

“Mirror” qəzeti vurğulayır ki, Trampın paylaşımına əlavə etdiyi köhnə fotoda 2025-ci ilin iyun ayında İsrailin İranın neft anbarına hücumu nəticəsində yaranan yanğın əks olunub.