Zaqatalada QƏZA: Ölən var

AfDh3wST2UVW1AFGm8SuCMng2F5a9x2ztudsfyiu_1200

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 13 radələrində rayonun Çobankol kəndi ərazisində qeydə alınıb.

Yolda hərəkətdə “Ford Transit” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı sürücü, Zaqatala rayon sakini 1976-cı il təvəllüdlü Əli Osmanov xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.