Sumqayıtda oğurluq edən qadın saxlanılıb

x1BDQXKwWFiV5ga363OaO2hc6P6YbuA3668zzU2q_1200

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun bundan əvvəl də başqasına məxsus planşeti oğurladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.