Əfran İsmayılov vəzifəsindən ayrıldı

Lkwq2KtUewEj3YmAbkTJ5OsHzx7RAsDKP1ybo3vD_1200

“Araz-Naxçıvan” klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb.

Olkemedia.az  Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.

Rəhbərlik son 3 mövsümdə komandada fəaliyyət göstərən Ə.İsmayılovun müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.