Biləsuvarda 25 yaşlı oğlan faciəli şəkildə öldü

lAgW9oSCU6RMitfPFVYQgnoY2Rlx7RKwCMZ3MvVE_1200

Biləsuvar rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.

Oxu.Az-ın məlumatına görə, hadisə mayın 24-də axşam saatlarında rayonun Bağbanlar kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Tural Məmmədli yaşadığı evin həyətində iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.