Messi DÇ-2026-dan sonra ilk dəfə camaat içinə çıxdı

9PrRSnuPj4fmXX1ybcCAw6IT1g8VIk7f3i5pNM7N_1200

Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatından sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

Olkemedia.az  xəbər verir ki, bu barədə Championat.com məlumat yayıb.

Argentina millisinin 39 yaşlı kapitanı oğlu Mateo ilə birlikdə ölkə çempionatının Primera C liqasında Rosario şəhərinin “Leones” və “Sentral Kordova” komandaları arasında keçirilən oyunu izləməyə gəlib.

Azarkeşlər Messini böyük coşqu ilə qarşılayıblar. Əfsanəvi futbolçu kameraların onu çəkdiyini gördükdə tribunadakı azarkeşlərə gülümsəyib, əl sallayaraq yüksək əhvali-ruhiyyədə olduğunu nümayiş etdirib. Onu yaxından görmək üçün stadionun girişində çoxsaylı azarkeş toplaşıb.