NATO Avropadakı ABŞ hərbçilərinə əvəzləyici axtarır
Şimali Atlantika Alyansına (NATO) üzv dövlətlər qoca qitədən geri çəkilməsi planlaşdırılan ABŞ hərbçiləri və texnikasına Avropa ölkələrində əvəzləyici axtarır.
Olkemedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Bildirilib ki, sözügedən məsələnin həlli NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı Aleksus Qrinkeviçə tapşırılıb.
Qeyd edək ki, Vaşinqton Almaniyadan 5 min hərbçisini çıxarmağı planlaşdırır. Nəşrin mənbələrinin məlumatına görə, hər iki qərar yekunda ABŞ-nin Almaniyadakı hərbi mövcudluğunun azaldılmasına yönəlib. Polşaya göndərilməli olan diviziyanın hərbçilərinin bir hissəsi hazırda Almaniyada olanlarla əvəz edilə bilər. Amerika hərbçilərinin əvəzlənməsi ilə bağlı qərarların NATO-nun növbəti dördillik müdafiə planlaşdırılması dövrü çərçivəsində, yoxsa daha qısa müddətdə qəbul ediləcəyi hələlik məlum deyil.