Bakıda Ukrayna şəhərlərinin dayanıqlı bərpası və baş planları müzakirə edildi

XrlMfdXBHfCOEHMd1W5NQybBOUmKL5b7aKumlAy9_1200

“Ukraynada şəhərlərin bərpası yalnız dağıdılmış binaların yenidən tikilməsi ilə məhdudlaşmamalı, eyni zamanda sosial və iqtisadi inkişafı da əhatə etməlidir”.

Olkemedia.az xəbər verir ki, bu sözləri BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) nəzdində fəaliyyət göstərən “UN4 Ukrainian Cities” layihəsinin rəhbəri Tamara Fortes Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

O qeyd edib ki, layihə 2023-cü ildən Ukraynada həyata keçirilir:

“Burada əsas məqsəd mənzil siyasətinin yenilənməsi, şəhər planlaşdırılması və dayanıqlı inkişaf strategiyalarının hazırlanmasıdır. Layihə çərçivəsində Xarkov və Nikolayev şəhərlərində iqtisadi-demoqrafik təhlillər aparılır, baş planlar tərtib olunur və ayrı-ayrı şəhər əraziləri üzrə pilot layihələr icra olunur”.