Xaçmazda dəhşətli qəza: Ölənlər var
Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olkemedia.az -ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Yalama kəndi ərazisində qeydə alınıb. VAZ-2110 avtomobili yolda hərəkətdə olarkən KIA markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri – Xaçmaz rayon sakinləri İsrafil Şahbaz oğlu Hidayətov və Orxan Rüfət oğlu Mirzəquliyev ölüblər.
Faktla bağlı araşdırma aparılır.