Tovuzda avtomobil divara çırpıldı: Xəsarət alanlar var

kzZCkLkvYwWm5pTomdspBM4gupDjq0J1m3MG1Vew_1200

Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Olkemedia.az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (bir qadın, iki kişi) aprelin 29-da saat 02:30-da Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Sifətin və alının çoxsaylı sıyrılmış yaraları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda vurğulanıb.