Əraqçi: “İran ABŞ-nin dialoqa hazır olduğuna əmin deyil”
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Tehran hələlik ABŞ-nin münaqişənin həlli üçün tam şəkildə diplomatik metodlara keçməyə hazır olduğuna əmin deyil.
Olkemedia.az xəbər verir ki, bu barədə o, özünün “X” sosial şəbəkəsində yazıb.
“ABŞ-nin diplomatiyaya nə dərəcədə hazır olduğunu müəyyən etmək üçün hələ müşahidə aparmaq lazımdır”, – Əraqçı qeyd edib.
XİN rəhbəri İslamabada son səfərini “məhsuldar” adlandırıb və Pakistan tərəfi ilə İrana qarşı aqressiyanın daimi dayandırılması üçün şərtləri müzakirə etdiyini bildirib.