ABŞ-də tornado: 10 nəfər xəsarət alıb

856ekpTN4WkWWOtDehfxazfqEO2c9o80n1tQ20rQ_1200

ABŞ-nin Oklahoma ştatının şimal bölgələrini cənginə alan tornado nəticəsində ən azı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Olkemedia.az  xəbər verir ki, bu barədə məlumatı ABC telekanalının yerli bölməsi yayımlayıb.

Mənbənin xəbərinə əsasən, təbii fəlakət Qarfild dairəsini də əhatə edib və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Vens” bazasına cüzi miqdarda ziyan vurub.

Hazırda fövqəladə hallar xidmətləri tərəfindən ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Xəsarət alan şəxslərin sağlamlıq vəziyyəti barədə hələlik heç bir rəsmi məlumat təqdim olunmayıb.