Salyanda ölümlə nəticələnən qəzada xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

ADvh8Vj2ncnA053hHCvK7t9mrXFPeDhwVDa40aIt_1200

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücünün vəziyyəti açıqlanıb.

Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2007-ci il təvəllüdlü şəxs (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə 11.03.2026-cı il tarixində saat 00:30-da hospitalizasiya olunub.

Ona başın təpə nahiyəsinin, sağ qulağın açıq yarası, döş qəfəsinin səthi travması, sağ diz qapağının çıxığı və üzün əzilməsi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Ailə üzvləri tərəfindən pasiyentin digər tibb müəssisəsinə aparılacağı bildirildiyindən, o, öz istəyi əsasında tibb müəssisəsindən buraxılıb.