İranın yeni ali lideri yaralanıb? – Pezeşkianın oğlundan AÇIQLAMA

2xNdLO5dCBC5by9Ymbrc8jIDJKVAwddLCYpGSjGZ_1200

“Müctəba Xamenei (İranın yeni ali lideri, öldürülmüş sabiq lider Əli Xameneinin oğlu – red.) sağ və salamatdır”.

Olkemedia xəbər verir ki, bu barədə İran Prezidentinin oğlu və hökumət müşaviri Yusif Pezeşkian məlumat verib. O, sosial şəbəkə paylaşımında yayılan xəbərlərin şayiə olduğunu deyib.

“Cənab Müctəbanın yaralanması xəbərini eşitdim. Onunla əlaqə saxlayan dostlarımdan soruşdum. Onlar dedilər ki, Allahın lütfü ilə sağlamdır və heç bir problem yoxdur”, – deyə Yusif Pezeşkian qeyd edib.