Yevlaxda 16 yaşlı qız zəhərlənmədən ÖLDÜ

gbTqAgMFAzkQhXVSoAFJqDPbkogZ3Il4014ZjdjD_1200

Yevlax rayonunda 16 yaşlı qız zəhərlənmədən ölüb.

Olkemedia.az -ın əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisə nəzarət altında saxlanılır:

“Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, iyulun 28-i saat 17:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yevlax şəhəri, Salatın Əsgərova küçəsi ərazisindən çağırış qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb”.