Gənc oğlan küçədə infarktdan öldü

download

Bakıda gənc oğlan küçədə ölüb.

Modern.az-ın xəbərinə görə, hadisə yanvarın 21-də günorta saatlarında Nizami rayonu, 8-ci kilometr qəsəbəsi ərazisində qeydə alınıb.

21 yaşlı Yaqub Elnur oğlu Yaqubov küçədə qəfil dünyasını dəyişib.

Lənkəran şəhər sakini olan Y.Yaqubovun ürək çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bakıda gənc oğlan küçədə infarktdan öldü