Kəmalə Ağazadənin vəziyyəti AÇIQLANDI: “10 gün müalicə almalıdır”

1a9DTOcLEUQ5Cnx1o28SdbEpPwTSN4U1MlHvHHnd_1200

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin vəziyyəti stabil qiymətləndirilir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında birliyin mətbuat katibi Rüfət Zəkizadə deyib.

O bildirib ki, Kəmalə Ağazadə bu gün səhər saatlarında Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:

“Həkimlərin müayinələrinə əsasən, ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Artıq müalicəsinə başlanılıb. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. 10 gün müddətinə xəstəxana şəraitində müalicə alması nəzərdə tutulub. Vəziyyəti stabil qiymətləndirilir”.