Cəlilabadda bıçaqlanan 17 yaşlı oğlanın vəziyyəti AÇIQLANDI
Dekabrın 31-də saat 21:00-da 2009-cu il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda qeyd olunub ki, ona döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib:
“Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”.