Bakıda marketdə bıçaqlanma: Şübhəli şəxs axtarılır

le9CRxhN7spR5p2ynkFuXltVi5ploXOtPWx84e3a_1200

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Olkemedia.az APA-ya istinadla xəbər verir ki, hadisə Əkbər Şadmanov küçəsində yerləşən marketdə qeydə alınıb.

Qeyd olunub ki, Biləcəri qəsəbəsi ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Hazırda onun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.