Zaqatalada yol qəzası baş verib. Xəsarət alanlar var.

MROwdmBFHs3Jh8oDn3OpQ1dcDdgyjCBmsQ7CDbS6_1200

Olkemedia APA-ya istinadən xəbər verir ki, günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda 1986-cı il təvəllüdlü Vahab Ziyəddin oğlu Mahmudovun idarə etdiyi “Changan” və Nadir Nəriman oğlu Mustafayevin sükanı arxasında olduğu VAZ-2106 markalı minik maşınları toqquşub.

VAZ-2106 markalı avtomobilin sürücüsü və sərnişin xəsarət alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.