14 yaşlı məktəbli dəm qazından boğularaq ölüb

38noGzbzEGRknJlhEIXlXQ1on2AoV1JT94h9wMt3_1200

Şamaxı rayonunda bədbəxt hadisə baş verib.

Olkemedia Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qızmeydan kəndində qeydə alınıb.

Kənd sakini, 2011-ci il təvəllüdlü Emil Eyvaz oğlu Hümbətov hamam otağında dəm qazından zəhərlənib.

O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.