Bakıda qəza – 60 yaşlı qadın öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Elmur Bəhram oğlu Bəhramzadə “Mercedes-Benz” markalı avtomobili ilə Sabunçu bazarı istiqamətində hərəkətdə olan zaman yolu keçən piyada 1966-cı il təvəllüdlü Leyli Salam qızı Hüseynovanı vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.