DƏHŞƏTLİ QƏZA: 6 yeniyetmə xəsarət aldı

hChJ0K7IbKA19r8guFAGwNkorQdUwWQPaxP6v5mi_1200

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Olkemedia “Report”a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd olunub ki, müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.