Yevlaxda AĞIR QƏZA: İki yük avtomobili toqquşdu, ölənlər var

gI3pJPbsPp8NmK3o01elaROVtkSYoolySOUx3bAr_1200

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yevlax şəhərinin Yuxarı Qarxun kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Olkemedia-ya verilən məlumata görə, FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirildikdən sonra məlum olub ki, “Mercedes” və “KamAZ” markalı iki yük avtomobili toqquşub. Nəticədə, iki nəfər avtomobillərin dəmir konstruksiyaları arasında sıxılı vəziyyətdə qalıb.

Xilasedicilərin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində sıxılmış vəziyyətdə qalan hər iki şəxsin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol-nəqliyyat hadisəsi

Ölüm hadisəsi

Fövqəladə Hallar Nazirliyi (FHN)

Meyit