Azərbaycanın qızlardan ibarət 3×3 basketbol millisi III MDB Oyunlarında finala vəsiqə qazanıb
Qızlardan ibarət 3×3 basketbol üzrə Azərbaycan millisi III MDB Oyunlarında finala vəsiqə qazanıb.
Olkemedia “Report”a istinadən xəbər verir ki, yığma yarımfinalda Özbəkistan kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 22:10.
Komandamız finalda Rusiya-Belarus cütünün qalibi ilə qarşılaşacaq.