Paytaxtda oğurluq edənlər saxlanılıblar

0iPGwgSExtBfrdxVxgI0Yt4iyPnlUoMT0hADQlBU_1200

Paytaxtın Sabunçu rayonunda evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Olkemedia xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35 000 manat dəyərində məişət əşyaları talamaları da məlum olub.

Binəqədi rayonunda isə evlərin birindən 800 manat və 7 200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı R.Hüseynov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Oğurluq hadisəsi

Talama hadisəsi