Keçmiş səfirə nazirlikdə yüksək vəzifə verildi

93xeZEbMGlxbk1Uuaw99Nuogxx8hVxpArIEETMFX_1200

Azərbaycanın İraqdakı keçmiş səfiri Nəsir Natiq oğlu Məmmədov yeni vəzifəyə təyin olunub.

Olkemedia Teleqraf.az-a istinadla xəbər verir ki, N.Məmmədov Xarici İşlər Nazirliyində Yaxın Şərq və Afrika idarəsində rəis müavini vəzifəsinə təyin olunub.

O, yeni vəzifəyə təyinatını təsdiqləyib.

Xatırladaq ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib, ötən ilin dekabrında isə geri çağırılıb.

Qeyd edək ki, N.Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini Natiq Məmmədovun oğlu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkənidir.

Milli Məclis

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)

Ailə, qadın və