Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, sakinlərə açarlar təqdim olunub

n4x7joBUWPhNfwuwHFw95DXkt75FVwa1Fc0z2DTx_1200

Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, mənzillərin açarları sakinlərə təqdim olunub.

Olkemedia “Report”a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Kəlbəcərə 29 ailə (115 nəfər) köçürülüb. Onlar şəhərdəki 1-ci yaşayış məhəlləsində məskunlaşıblar.

Bununla da Kəlbəcər şəhərinə köçürülən ailələrin sayı 81-ə (338 nəfər) çatıb.