Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olundu

fzPXPT54CTOFNMR7wSBni4PWypuEJhIS9qYqXM3t_1200

Olkemedia  xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində VAZ markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan Vahid Abdullayev müəyyən edilərək saxlanılıb.

Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. V.Abdullayev barəsində toplanmış material məhkəməyə göndərilib.

O, məhkəmənin qərarına əsasən 20 gün müddətinə inzibati qaydada həbs olunub.